...

Qazaxıstan BMT TŞ-nın qeyri-daimi üzvü oldu

Dünya xəbərləri Materials 2 Yanvar 2017 00:58 (UTC +04:00)
Qazaxıstan yanvarın 1-dən BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü oldu
Qazaxıstan BMT TŞ-nın qeyri-daimi üzvü oldu

Bakı. Trend:

Qazaxıstan yanvarın 1-dən BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü oldu.

Trend-in "İnterfax"a istinadən verdiyi məlumata görə, beləliklə, Qazaxıstan Mərkəzi Asiyada BMT TŞ-in üzvü olan ilk ölkə oldu.

Qeyd edək ki, 28 iyun tarixində BMT-nın baş assambleyası 2017-2018-ci illər üçün Qazaxıstanı Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçib.

BMT Təhlükəsizlik Şurası təşkilatın 15 üzvündən ibarətdir. Böyük britaniya, Çin, Fransa, Rusiya Federasiyası və ABŞ TŞ-nın daimi üzvləridir. Daha 10 qeyri-daimi üzv isə Baş Assambleya tərəfindən iki il müddətinə seçilir. Hər il 10 qeyri-daimi üzvün 5-i əvəz olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti