...

800-ə yaxın qeyri-leqal miqrant İspaniyaya keçməyə cəhd edib

Dünya xəbərləri Materials 2 Yanvar 2017 04:54 (UTC +04:00)
Afrika ölkələrindən olan 800-ə yaxın qeyri-leqal miqrant Mərakeşin ərazisindən İspaniyanın Seuta şəhərinə keçməyə cəhd edib
800-ə yaxın qeyri-leqal miqrant İspaniyaya keçməyə cəhd edib

Bakı. Trend:

Afrika ölkələrindən olan 800-ə yaxın qeyri-leqal miqrant Mərakeşin ərazisindən İspaniyanın Seuta şəhərinə keçməyə cəhd edib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, Mərakeş polisləri bu cəhdin qarşısını alıblar və hüquq-mühafizə orqanlarının miqrantlarla toqquşması nəticəsində 50-yə yaxın polis əməkdaşı xəsarət alıb.

Qeyd edək ki, Seuta şəhərində Afrikadan qaçqın axınını nəzarətdə saxlamaq üçün Mərakeş ilə sərhəd boyunca 6 metrlik asar tikilib. Buna baxmayaraq, miqrantlar bəzi hallarda hasardan keçə bilirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti