...

Qazaxıstanda çoxmərtəbəli yaşayış binası dağılıb: 9 ölü

Dünya xəbərləri Materials 2 Yanvar 2017 07:56 (UTC +04:00)
Qazaxıstanın Şaxtinsk şəhərində çoxmərtəbəli yaşayış binası uçub
Qazaxıstanda çoxmərtəbəli yaşayış binası dağılıb: 9 ölü

Bakı. Trend:

Qazaxıstanın Şaxtinsk şəhərində çoxmərtəbəli yaşayış binası dağılıb.

Trend-in "Kazinform"a istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 9 nəfər həlak olub.

Hazırda dağıntılar altından 9 nəfərin meyiti çıxarılıb. Onlardan 3-ü kişi, 3-ü qadın, 2-si 2016-cı il təvəllüdlü körpə, 1 isə 2010-cu il təvəllüdlü uşaq olub.

Axtarış-xilasetmə işlərində 280 nəfər iştirak edir.

Binanın dağılmasının səbəbi araşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti