...

Məmur şəhər meri və komitə sədrinə atəş açıb

Dünya xəbərləri Materials 4 Yanvar 2017 13:25 (UTC +04:00)
Çinin Pançjihua şəhərinin meri və Kommunist partiyasının şəhər komitəsinin katibi hücuma məruz qalıblar
Məmur şəhər meri və komitə sədrinə atəş açıb

Bakı. Trend:

Çinin Pançjihua şəhərinin meri və Kommunist partiyasının şəhər komitəsinin katibi hücuma məruz qalıblar.

Trend-in "RİA Novosti"yə istinadən məlumatına görə, onlar odlu silahdan açılan atəş nəticəsində yaralanıb.

Məlumatda qeyd olunur ki, bu şəxslərə Pançjihua şəhərinin torpaq istifadəsi və təbii resurslar idarəsinin rəhbəri hücum edib. Hücumdan sonra onun intihar etdiyi bildirilib.

Hücum sərgi kompleksindəki görüş zamanı baş verib. Yaralıların həyatı üçün təhlükənin olmadığı məlumat verilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti