Bakı. Trend:
ABŞ-ın rəhbərliyi altında beynəlxalq koalisiya İraqda İŞİD terrorçu qruplaşmasının 2 rəhbərini məhv edib.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu koalisiyanın nümayəndəsi Con Dorrian deyib.
O, İmad əl-Mahalauyi abu Türk və Fəlah əl-Rəşidinin məhv edilməsini təstiqləyib.
Onun sözlərinə görə, yanvarın 4-də məhv edilən əl-Rəşidi Mosul şəhərində minalanmış avtomobillərin istehsalına rəhbərlik edirmiş. Digər terrorçu əl-Mahalauyi dekabrın 21-i məhv edilib. Onun məhv edilməsi Fərat çayının vadisində İŞİD-in terror aktlatı törətmə imkanını azaldacaq.