...

Dövlət Departamenti Liviyadakı hərbi toqquşmaları dayandırmağa çağırıb

Dünya xəbərləri Materials 5 Yanvar 2017 02:12 (UTC +04:00)
Liviyada yenidən başlayan hərbi toqquşmalar ekstremistlərin xeyrinə ola bilər, xüsusilə də İŞİD-in
Dövlət Departamenti Liviyadakı hərbi toqquşmaları dayandırmağa çağırıb

Bakı. Trend:

Liviyada yenidən başlayan hərbi toqquşmalar ekstremistlərin xeyrinə ola bilər, xüsusilə də İŞİD-in. Tərəflər səbirli olmalıdır.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Con Kirbi brifinqdə bildirib.

"Dərin narahatlıqla qeyd edirik ki, ölkənin mərkəzi regionunda liviyalılar arasında döyüşlər yenidən başlayıb. Biz hesab edirik ki, bu toqquşmalar, İŞİD-ə və digər ekstremistlərə fayda verəcək və biz tərəfləri səbirli olmağa çağırırıq", - Kirbi deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti