...

Maduro yeni vitse-prezident təyin edib

Dünya xəbərləri Materials 5 Yanvar 2017 04:36 (UTC +04:00)
Prezident müxalifəti "parlament çevrilişində" günahlandırıb, müxalifət isə öz növbəsində dövlət başçısı tərəfindən konstitusiyanın pozulduğunu bildirib
Maduro yeni vitse-prezident təyin edib

Bakı. Trend:

Venesuelanın prezidenti Nikolas Maduro yeni vitse-prezident təyin edib.

Trend-in "France Press"ə istinadən verdiyi məlumata görə, yeni vitse-prezident 47 yaşlı Əl-Ayssami 2017-2018-ci illərdə vitse-prezident olacaq.

Qeyd edək ki, Venesuelada böhran müxalifət parlamentinin işləməsindən sonra pisləşib. Hazırda qanunvericilik və icra hakimiyyətləri arasında heç bir işgüzar fəaliyyət yoxdur. Prezident müxalifəti "parlament çevrilişində" günahlandırıb, müxalifət isə öz növbəsində dövlət başçısı tərəfindən konstitusiyanın pozulduğunu bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti