...

Çavuşoğlu: İŞİD ilə mübarizə aparmayan ölkələrin "İncirlik"də nə işi var?

Dünya xəbərləri Materials 6 Yanvar 2017 12:06 (UTC +04:00)
İŞİD terror qruplaşması ilə mübarizə aparmayan ölkələrin Türkiyənin "İncirlik" aviabazasında yeri yoxdur.
Çavuşoğlu: İŞİD ilə mübarizə aparmayan ölkələrin "İncirlik"də nə işi var?

Bakı. Orxan Quluzadə - Trend:

İŞİD terror qruplaşması ilə mübarizə aparmayan ölkələrin Türkiyənin "İncirlik" aviabazasında yeri yoxdur.

Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu BMT-nin yeni baş katibi Antonio Quterreşlə görüşdən sonra deyib.

Nazir qeyd edib ki, İŞİD terror qruplaşmasına qarşı mübarizə bəhanəsi ilə bu aviabazadan istifadə edən, lakin faktiki olaraq fəaliyyətsiz qalan ölkələrin "İncirlik"də heç bir işi olmamalıdır.

Türkiyə XİN: "İncirlik" aviabazasının bağlanması gündəmdə deyil

Türkiyə XİN: "İncirlik" aviabazasının bağlanması gündəmdə deyil

M.Çavuşoğlu bildirib ki, beynəlxalq koalisiyanın Türkiyəyə dəstəyi qənaətbəxş deyil:

"Əgər bu koalisiya İŞİD ilə mübarizə məqsədilə yaradılıbsa, Türkiyə isə öz növbəsində, terrorçularla fəal mübarizə aparmaq üçün şərait yaradıbsa, niyə Ankaraya müvafiq dəstək verilmir? Təbii ki, bütün bunları görən Türkiyə ictimaiyyəti haqlı olaraq sual verir: "Əgər Türkiyəyə kömək etmirlərsə, "İncirlik" aviabazası nə üçün istifadə olunur?"

Məqalədə:
Xəbər lenti

Xəbər lenti