...

Baş nazir: Türkiyə ordusunun İraqdakı mövcudluğu bu ölkənin suverenliyinə təhlükə törətmir

Dünya xəbərləri Materials 6 Yanvar 2017 16:02 (UTC +04:00)
Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalındakı Başika bazasındakı mövcudluğu bu ölkənin suverenliyinə təhlükə törətmir.
Baş nazir: Türkiyə ordusunun İraqdakı mövcudluğu bu ölkənin suverenliyinə təhlükə törətmir

Bakı. Orxan Quluzadə - Trend:

Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalındakı Başika bazasındakı mövcudluğu bu ölkənin suverenliyinə təhlükə törətmir.

Trend-in NTV telekanalına istinadən məlumatına görə, bunu Türkiyənin baş naziri Binəli Yıldırım deyib.

Nazirin sözlərinə görə, onun İraqa səfəri Ankara və Bağdad arasında münasibətlərin, iqtisadi əlaqələrin möhkəmlənməsinə, ticarətin inkişafına və terrorçuluqla birgə mübarizənin gücləndirilməsinə yönəlib.

B.Yıldırım yanvarın 7-i Bağdada və Şimali İraq Kürd Administrasiyasının mərkəzi Ərbil şəhərinə işgüzar səfər edəcək.

Qeyd edək ki, Türkiyə ordusu İraqın Başika bazasından İŞİD-ə qarşı mübarizə aparan peşmərgə döyüşçülərinin hazırlanması məqsədilə istifadə edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti