...

Suriyada yaralanmış türk hərbçi ölüb

Dünya xəbərləri Materials 6 Yanvar 2017 18:07 (UTC +04:00)
Türkiyə Silahlı Qüvvələrinin dekabrda Suriyada yaralanmış hərbçisi bu gün həyatını itirib.
Suriyada yaralanmış türk hərbçi ölüb

Bakı. Orxan Quluzadə - Trend:

Türkiyə Silahlı Qüvvələrinin dekabrda Suriyada yaralanmış hərbçisi bu gün həyatını itirib. Bu barədə Trend Türkiyənin "Haber 7" qəzetinə istinadən məlumat verir.

O, Qaziantep xəstəxanasında müalicə alırdı.

Qeyd edək ki, dekabrın 21-22-si “Fərat qalxanı” əməliyyatı çərçivəsində Suriyanın Əl-Bab şəhərində qeydə alınmış döyüşlər zamanı 16 türk hərbçi həlak olmuş, 32 nəfər yaralanmışdı.

“Fərat qalxanı” əməliyyatı başlayandan bəri Türkiyənin 30-dan çox hərbçisi həlak olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti