...

PKK-ya qarşı əməliyyat: 2 türk hərbçi ölüb, 4-ü yaralanıb

Dünya xəbərləri Materials 6 Yanvar 2017 19:04 (UTC +04:00)
PKK terror təşkilatına qarşı aparılan əməliyyat çərçivəsində 2 türk hərbçi həlak olub.
PKK-ya qarşı əməliyyat: 2 türk hərbçi ölüb, 4-ü yaralanıb

Bakı. Trend:

Türkiyənin Şırnak vilayətində, Qabar dağında PKK terror təşkilatına qarşı aparılan əməliyyat çərçivəsində 2 türk hərbçi həlak olub.

Trend-in "Haber 7" qəzetinə istinadən verdiyi məlumata görə, atışma nəticəsində 4 hərbçi də yaralanıb.

Yaralı hərbçilər Siirt Dövlət Xəstəxanasına aparılıb.

Bölgədə PKK terrorçularına qarşı əməliyyat davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti