...

Qazaxıstanda da "Boyarişnik"dən zəhərlənmə

Dünya xəbərləri Materials 7 Yanvar 2017 10:04 (UTC +04:00)
Karaqanda şəhərində ilkin məlumatlara görə, məhz "Boyarişnik" içkisindən istifadədən sonra 2 nəfər xəstəxanaya yerləşdirilib.
Qazaxıstanda da "Boyarişnik"dən zəhərlənmə

Bakı. Trend:

Karaqanda şəhərində ilkin məlumatlara görə, məhz "Boyarişnik" içkisindən istifadədən sonra 2 nəfər xəstəxanaya yerləşdirilib. Trend-in məlumatına görə, bu barədə "Sputnik"ə Qazaxıstanın səhiyyə müəssisəsindədəki mənbə məlumat verib.

Məlumata görə, 2 nəfər cümə günü xəsətxanaya müraciət edib və onlar zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Onların həmin içkidən zəhərlənməsi ehtimal edilir. Lakin Qzaxıstanın Səhiyyə Nazirliyi tərəfindən informasiya hələ rəsmi təsdiq olunmayıb.

Qeyd edək ki, son dəfə İrkutskda "Boyarişnik"dən kütləvi zəhərlənmə nəticəsində 76 nəfər ölmüş, 123 nəfər xəstəxanaya yerləşdirilmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti