...

Ərdoğan Britaniyanın baş naziri ilə Kipr problemini müzakirə edib

Dünya xəbərləri Materials 7 Yanvar 2017 17:19 (UTC +04:00)
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Böyük Britaniyanın baş naziri Tereza Mey arasında bu gün telefon danışığı olub.
Ərdoğan Britaniyanın baş naziri ilə Kipr problemini müzakirə edib

Bakı. Trend:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Böyük Britaniyanın baş naziri Tereza Mey arasında bu gün telefon danışığı olub.

Trend-in məlumatına görə, bu barədə "Anadolu" agentliyi Türkiyə prezident adminstrasiyasına istinadən xəbər verib.

Məlumatda qeyd olunur ki, T.Mey İzmirdə törədilmiş terror aktını qətiyyətlə pisləyib. Baş nazir qeyd edib ki, Britaniya hökuməti terrorizmlə mübarizədə hər zaman Türkiyənin yanındadır.

Söhbət zamanı həmçinin Kiprlə bağlı da müzakirə aparılıb. R.T.Ərdoğan və T.Mey yaxın zamanda Cenevrədə aparılacaq danışıqların adada uzunmüddətli və ədalətli sülhə nail olunmasına töhfə verəcəyinə ümid etdiklərini bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti