...

Taylandda selin qurbanlarının sayı 18-ə çatdı

Dünya xəbərləri Materials 7 Yanvar 2017 19:29 (UTC +04:00)
Taylandın cənubunda baş verən daşqınlar nəticəsində ölənlərin sayı 18-ə çatıb
Taylandda selin qurbanlarının sayı 18-ə çatdı

Bakı. Trend:

Taylandın cənubunda baş verən daşqınlar nəticəsində ölənlərin sayı 18-ə çatıb.

Trend-in "RİA Novosoti"yə istinadən verdiyi məlumata görə, Tayland Daxili İşlər Nazirliyinində deyiblər ki, bir milyona yaxın insan daşqınlardan ziyan çəkib. Minlərlə kənd sel suları altında qalıb.

Hakimiyyət təbii fəlakətin nəticələri ilə mübarizəyə ordunu cəlb edib. Hərbçilər su basmış rayonların əhalisinin təxliyəsində və yardım gətirilməsində iştirak edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti