...

İtaliyada 8 nəfər soyuq havanın qurbanı olub

Dünya xəbərləri Materials 8 Yanvar 2017 03:10 (UTC +04:00)
İtaliyada 8 nəfər soyuq havanın qurbanı olub
İtaliyada 8 nəfər soyuq havanın qurbanı olub

Bakı. Trend:

İtaliyada 8 nəfər soyuq havanın qurbanı olub.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, arktik siklon bütün ölkə ərazisinə soyuq və qar gətirib, xüsusən də, adriatik sahilə və mərkəzi İtaliyanın dağlarına. Bir çox yolda hərəkət bağlanıb, qatarlar böyük gecikmələrlə gedir.

Meteorologiya xidmətinin məlumatına görə, Alp dağlarında temperatur 27 dərəcə şaxtaya, mərkəzdə isə, məsələn, Romada 5 dərəcə şaxtaya düşüb. Güclü qar Marke, Abruçço, Molize, Apuliya, Kampaniya, Bazilikata, Kalabriya və Sicilliyada qeydə alınıb.

Baş nazir Paolo Centiloni şənbə günü axşam mülki müdafiə xidmətlərinin rəhbərləri ilə təcili müşavirə keçirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti