...

Somalidə partlayış: 5 ölü, 13 yaralı

Dünya xəbərləri Materials 8 Yanvar 2017 06:26 (UTC +04:00)
Somalinin paytaxtı Moqadişuda restoranların birində partlayış baş verib
Somalidə partlayış: 5 ölü, 13 yaralı

Bakı. Trend:

Somalinin paytaxtı Moqadişuda restoranların birində partlayış baş verib.

Trend-in "Sputnik" agentliyinə istinadən verdiyi məlumata görə, partlayış nəticəsində azı 5 nəfər ölüb, 13 nəfər isə xəsarət alıb.

Polislərin sözlərinə görə, ölənlərin və yaralananların əksəri hərbçi olub.

Partlayışa görə məsuliyyəti regionda fəaliyyət göstərən qruplaşmaların heç biri üzərinə götürməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti