...

Sabiq prezidentin oğlu evində ölü tapılıb

Dünya xəbərləri Materials 9 Yanvar 2017 04:18 (UTC +04:00)
Polşanın keçmiş prezidenti Lex Valensanın oğlu Qdansk şəhərindəki evində ölü tapılıb.
Sabiq prezidentin oğlu evində ölü tapılıb

Bakı. Trend:

Polşanın keçmiş prezidenti Lex Valensanın oğlu Qdansk şəhərindəki evində ölü tapılıb. Bu barədə Trend “lenta.ru” saytına istinadən məlumat verir.

Məlumata görə, 43 yaşlı Pşemıslav Valensanın meyiti qohumu tərəfindən tapılıb. İlkin ekspertizaya əsasən meyit üzərində zorakılıq əlamətləri aşkar olunmayıb.

Pşemıslav Valensanın atası, 73 yaşlı Lex Valensa 1990-1995-ci illərdə Polşa prezidenti olub. O, ümummilli seçkilər nəticəsində seçilmiş ilk prezident olub. 1983-cü ildə Lex Valensa işçi hüquqları uğrundakı mübarizəyə görə Nobel sülh mükafatına layiq görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti