...

Türkiyədə parlament binası mühasirəyə alındı

Dünya xəbərləri Materials 9 Yanvar 2017 16:25 (UTC +04:00)
Türkiyə polisi Ankarada Türkiyə Böyük Millət Məclisinin binası ətrafında təhlükəsizlik tədbirlərini gücləndirib
Türkiyədə parlament binası mühasirəyə alındı

Bakı. Orxan Quluzadə - Trend:

Türkiyə polisi Ankarada Türkiyə Böyük Millət Məclisinin binası ətrafında təhlükəsizlik tədbirlərini gücləndirib.

Bu barədə Trend Türkiyə KİV-ə istinadən məlumat verib.

Parlament ətrafına çevik polis qüvvələri də cəlb olunub. Parlament binası hər hansı bir insidentin qarşısının alınması məqsədilə polis tərəfindən mühasirəyə alınıb.

Qeyd edək ki, bu gün Türkiyə parlamentində ölkə konstitusiyasına dəyişikliklərin müzakirəsi başlayıb.

Müzakirələrdə ölkənin bütün siyasi partiyaları iştirak edir. Bundan əvvəl müxalif Cümuriyyət Xalq Partiyasının (CHP) Ankara şəbəsi parlament yaxınlığında etiraz mitinqi keçirəcəyini elan etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti