...

Ərdoğan: Türkiyə-ABŞ münasibətləri ən “həssas” dövrünü yaşayır

Dünya xəbərləri Materials 9 Yanvar 2017 17:47 (UTC +04:00)
Türkiyə ilə ABŞ arasında münasibətlər ən “həssas” dövrünü yaşayır.
Ərdoğan: Türkiyə-ABŞ münasibətləri ən “həssas” dövrünü yaşayır

Bakı. Orxan Quluzadə - Trend:

Türkiyə ilə ABŞ arasında münasibətlər ən “həssas” dövrünü yaşayır.

Trend-in Türkiyə KİV-ə istinadən məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Prezidentin sözlərinə görə, Obama administrasiyasının bəzi qərarları və Vaşinqtonla Ankara arasında terrorçuluqla mübarizə məsələsindəki fikir ayrılıqları Türkiyənin ictimai və siyasi dairələrində geniş müzakirə olunur.

R.T.Ərdoğan deyib: “Türkiyə İŞİD terror təşkilatı, Fətulla Gülən hərəkatı və separatçı təşkilatlardan meydana gələn təhlükələrə qarşı öz müttəfiqi ABŞ tərəfindən etibarlı, möhkəm, kompromissiz dəstək görmək istəyərdi. İnanırıq ki, Donald Trampın prezidentliyi dövründə Türkiyə ilə ABŞ arasında dialoq güclənəcək”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti