...

Türkiyə prezidenti Yunanıstanın baş naziri ilə Kipr məsələsini müzakirə edib

Dünya xəbərləri Materials 9 Yanvar 2017 22:20 (UTC +04:00)
Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan və Yunanıstanın baş naziri Aleksis Tsipras arasında telefon danışığı olub
Türkiyə prezidenti Yunanıstanın baş naziri ilə Kipr məsələsini müzakirə edib

Bakı. Trend:

Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan və Yunanıstanın baş naziri Aleksis Tsipras arasında telefon danışığı olub.

Trend-in Anadolu agentliyinə istinadən verdiyi məlumata görə, Ərdoğan və Tsipras Kipr məsələsini müzakirə ediblər.

Telefon danışığı zamanı Rəcəb Tayyib Ərdoğan və Aleksis Tsipras Cenevrədəki müzakirələrdə müsbət nəticə əldə olunması üçün tərəflərin konstruktiv yanaşmasının vacibliyini vurğulayıblar.

Qeyd edək ki, bu gün Cenevrədə Kipr problemi üzrə yunan icmasının lideri Nikos Anastasiadisin və Şimali Kiprin prezidenti Mustafa Akıncının iştirakı ilə danışıqlar başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti