...

Ali Məhkəmə: Parlament Venesuela Prezidentini vəzifəsindən kənarlaşdıra bilməz

Dünya xəbərləri Materials 10 Yanvar 2017 10:30 (UTC +04:00)
Venesuela Ali Məhkəməsi bəyan edib ki, parlamentin Nikolas Maduronu prezident vəzifəsindən kənarlaşdırmaq səlahiyyəti yoxdur.
Ali Məhkəmə: Parlament Venesuela Prezidentini vəzifəsindən kənarlaşdıra bilməz

Bakı. Trend:

Venesuela Ali Məhkəməsi bəyan edib ki, parlamentin Nikolas Maduronu prezident vəzifəsindən kənarlaşdırmaq səlahiyyəti yoxdur.

Bu barədə Trend RİA Novosti-yə istinadən məlumat verir.

Bundan əvvəl Milli Assambleya N.Maduronun "vəzifəsinin öhdəsindən gəlməməsi" səbəbindən dövlət başçısı postundan uzaqlaşdırılmalı olduğunu bəyan etmişdi.

Bu qərarın lehinə deputatların əksəriyyəti - 106 nəfər səs vermişdi.

Qeyd edək ki, Venesuelada daxili siyasi böhran bir il əvvəl müxalif parlamentin işə başlaması ilə güclənib. Hazırda qanunverici orqanla icra hakimiyyətlərinin heç bir qarşılıqlı işgüzar fəaliyyəti yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti