...

Yanğın faciəsi: ata və 2 qızı həlak oldular (VİDEO)

Dünya xəbərləri Materials 10 Yanvar 2017 11:31 (UTC +04:00)
Övladlarını xilas etməyə çalışan ata və iki qızı dağıntılar altında qalaraq ölüb.
Yanğın faciəsi: ata və 2 qızı həlak oldular (VİDEO)

Bakı. Trend:

Türkiyənin İstanbul şəhərinin Bağçalıevlər rayonunda 3 mərtəbəli yaşayış binasında yanğın olub.

Trend-in "Hürriyyət" qəzetinə istinadən verdiyi məlumata görə, binanın birinci mərtəbəsində baş verən yanğın nəticəsində 2 nəfər ölüb.

Yanğının sobadan qaynaqlandığı bildirilir.

Bundan başqa, Türkiyənin Karaman rayonunun Ermenek rayonunda 2 mərtəbəli kərpic evdə yanğın baş verib. Yanğın zamanı evin tavanı çöküb. Övladlarını xilas etməyə çalışan ata və iki qızı dağıntılar altında qalaraq ölüb.

Yaxınlıqdakı 3 evə də keçən yanğın böyük çətinliklə söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti