...

Mühacirlərin Avropada ölüm-dirim mübarizəsi (FOTO)

Dünya xəbərləri Materials 10 Yanvar 2017 14:49 (UTC +04:00)
Mühacirlər soyuq hava şəraitində yaşamaq uğrunda mübarizə aparırlar.
Mühacirlərin Avropada ölüm-dirim mübarizəsi (FOTO)

Bakı. Trend:

Serbiyanın paytaxtı Belqradda Avropanın müxtəlif ölkələrinə keçmək üçün icazə verilməsini gözləyən mühacirlər soyuq hava şəraitində yaşamaq uğrunda mübarizə aparırlar.

Trend-in məlumatına görə, Belqradda tərk edilmiş binalarda sığınacaq tapan miqrantlar gündəlik ehtiyaclarını qarşılamaqda belə çətinlik çəkirlər.

Sərhəd qapılarının açılmasını gözləyən mühacirlər son günlərdə Avropada keçən qarlı-şaxtalı hava şəraitindən qorunmaq üçün sığındıqları uçuq-sökük binaların içində çadırlar qurublar.

Bolqarıstanda isə iki iraqlı və bir somalili, həmçinin Yunanıstanda bir əfqan qaçqının donaraq öldükləri bildirilir.

Humanitar yardım təşkilatlarından zəruri ərzaq məhsulları ala bilmək üçün uzun-uzadı növbələrə duran mühacirlərin indi yeganə arzusu havaların isinməsidir.

Qeyd edək ki, Suriya və İraqda illərdir davam edən silahlı qarşıdurmalar səbəbindən milyonlarla insan öz evini tərk edərək qonşu ölkələrə, eləcə də Avropaya üz tutmağa məcbur olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti