...

İstanbul məktəbləri sabah da bağlı olacaq

Dünya xəbərləri Materials 10 Yanvar 2017 15:49 (UTC +04:00)
Türkiyənin İstanbul şəhərindəki təhsil müəssisələrində tətil sabah da davam edəcək.
İstanbul məktəbləri sabah da bağlı olacaq

Bakı. Trend:

Türkiyənin İstanbul şəhərindəki təhsil müəssisələrində tətil sabah da davam edəcək.

Trend-in məlumatına görə, İstanbul valisi Vasip Şahin qarlı-şaxtalı hava şəraiti ilə əlaqədar olaraq şəhərdəki bütün təhsil müəssisələrinin sabah da bağlı olacağını bildirib.

Qeyd edək ki, Türkiyədə, o cümlədən İstanbulda ötən həftənin cümə günündən qarlı-şaxtalı hava şəraiti müşahidə olunur. Şəhərin Çatalca rayonunda yağan qarın qalınlığı 122 sm-ə çatıb.

Əlverişsiz hava şəraiti ilə əlaqədar olaraq İstanbulda bərə nəqliyyatı, aviareyslər təxirə salınıb.

Sinoptiklər əlverişsiz hava şəraitinin hələ davam edəcəyini bildirirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti