...

Ərdoğan və Putin arasında telefon danışığı olub (YENİLƏNİB)

Dünya xəbərləri Materials 12 Yanvar 2017 15:32 (UTC +04:00)
Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin arasında telefon danışığı olub.
Ərdoğan və Putin arasında telefon danışığı olub (YENİLƏNİB)

Bakı. Trend:

Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin arasında telefon danışığı olub.

Trend-in Kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, dövlət başçıları Astanada Suriya böhranı ilə bağlı danışıqlara hazırlıq üzrə birgə səyləri müzakirə ediblər.

Telefon danışığı zamanı əsas diqqət Suriyadakı vəziyyətə ayrılıb. Qeyd olunub ki, Türkiyə və Rusiyanın vasitəçiliyi ilə Suriya hökuməti və mötədil müxalifət arasında hərbi fəaliyyətin dayandırılması haqqında əldə olunmuş razılaşmaya ümumilikdə əməl olunur.

Qeyd edək ki, Astanada Suriya münaqişəsi ilə bağlı danışıqlar yanvarın 23-də keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti