...

Nüvə razılaşmasından sonra Tehran aeroportuna ilk "Airbus" enib

Dünya xəbərləri Materials 13 Yanvar 2017 09:04 (UTC +04:00)
İran Qərblə nüvə razılığını əldə etdikdən sonra ilk 100 ədəd A321 jet markalı "Airbus" alıb.
Nüvə razılaşmasından sonra Tehran aeroportuna ilk "Airbus" enib

Bakı. Anaxanım Hidayətova - Trend:

İran Qərblə nüvə razılığını əldə etdikdən sonra ilk 100 ədəd A321 jet markalı "Airbus" alıb.

Trend-in "ABC News" agentliyinə istinadən verdiyi xəbərə görə, artıq "İran Airs" aviaşirkətinə məxsus olan yeni təyyarələr Tehran Mehrabad beynəlxalq hava limanında eniş ediblər. Fransa istehsalı olan təyyarələrin qiyməti isə 18 milyon dollardır.

"İran Air" şirkəti 80-ə yaxın ABŞ istehsalı olan "Boeing" təyyarəsinin alınması barədə mövcud planlarını da açıqlayıb.

İran İslam Respublikasının əksər təyyarələri 1979 ildə, İslam çevrilişindən əvvəl alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti