...

Pan Gi Mun Cənubi Koreya prezidenti ola bilər? - Özü cavab verdi

Dünya xəbərləri Materials 13 Yanvar 2017 02:27 (UTC +04:00)
BMT-nin keçmiş baş katibi Pan Gi Mun Cənubi Koreya prezidenti vəzifəsinə namizədliyinin irəli sürülməsində heç bir maneə olmadığını deyib.
Pan Gi Mun Cənubi Koreya prezidenti ola bilər? - Özü cavab verdi

Bakı. Trend:

BMT-nin keçmiş baş katibi Pan Gi Mun Cənubi Koreya prezidenti vəzifəsinə namizədliyinin irəli sürülməsində heç bir maneə olmadığını deyib.

Bu barədə Trend "RİA Novosti"yə istinadən məlumat verir.

Nyu-Yorkdan Seula qayıdan Pan Gi Mun namizədliyini irəli sürüb-sürməyəcəyi barədə açıqlama verməsə də, bu addımın BMT nizamnaməsi və Cənubi Koreya qanunvericiliyi ilə qadağan olunmadığını deyib.

Seulda çıxışı zamanı Pan Gi Mun gələcək fəaliyyəti barədə yaxın zamanlarda qərar verəcəyini deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti