...

Bu ilin ilk 12 günü - Avropaya artıq mindən çox mühacir gəlib

Dünya xəbərləri Materials 13 Yanvar 2017 14:59 (UTC +04:00)
Bu ilin ilk 12 günündə Avropaya dəniz yolu ilə mindən çox mühacir daxil olub.
Bu ilin ilk 12 günü - Avropaya artıq mindən çox mühacir gəlib

Bakı. Trend:

Bu ilin ilk 12 günündə Avropaya dəniz yolu ilə mindən çox mühacir daxil olub. Bu barədə Trend "RİA Novosti" agentliyinə istinadən məlumat verir.

Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına görə, Avropaya Yunanıstan və İtaliyadan keçməklə 1 159 mühacir daxil olub.

Bundan başqa, 2017-ci ilin ilk günlərində Türkiyədən Yunanıstana 430 mühacir daxil olub. Məlumatda müqayisə üçün qeyd edilir ki, ötən ilin ilk günlərində bu rəqəm 22 mindən çox olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti