...

Pakistanda yük maşını məktəb binasına çırpılıb - 5 ölü

Dünya xəbərləri Materials 13 Yanvar 2017 19:01 (UTC +04:00)
Pakistanın şimal-şərqində, Kəşmir əyalətində yük maşını məktəb binasına çırpılıb.
Pakistanda yük maşını məktəb binasına çırpılıb - 5 ölü

Bakı. Trend:

Pakistanın şimal-şərqində, Kəşmir əyalətində yük maşını məktəb binasına çırpılıb. Bu barədə Trend "TASS" agentliyinə istinadən məlumat verir.

Hadisə nəticəsində 5 nəfər həlak olub, 30 nəfər xəsarət alıb. Ölənlərdən 4-ü məktəbli qızlardır.

Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Məlumata görə, yük maşınının sürücüsü idarəetməni itirərək məktəb binasına çırpılıb. Sürücü hadisə yerindən uzaqlaşsa da, daha sonra polis tərəfindən saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti