...

Türkmənistan qaz konserninə yeni rəhbər təyin olunub

Dünya xəbərləri Materials 14 Yanvar 2017 10:14 (UTC +04:00)
Türkmənistanın “Türkmənqaz” dövlət konserninin yeni rəhbəri Maksat Babayev təyin olunub.
Türkmənistan qaz konserninə yeni rəhbər təyin olunub

Aşqabad. Hüseyn Həsənov - Trend:

Türkmənistanın “Türkmənqaz” dövlət konserninin yeni rəhbəri Maksat Babayev təyin olunub. Trend-in məlumatına görə, bu barədə ölkə prezidenti Qurbanqulı Berdımuhamedov fərman imzalayıb.

Bundan əvvəl, M,Babayev həmin qurumun sədr müavini vəzifəsində çalışıb.

Qeyd edək ki, Türkmənistan Xəzər regionunda əsas qaz ixracatçılarından biridir. Bu ölkədən Çin və İrana xammal ixrac olunur.

Xəbər lenti

Xəbər lenti