...

Çində 19 avtomobil toqquşdu - 6 ölü

Dünya xəbərləri Materials 14 Yanvar 2017 12:43 (UTC +04:00)
Çinin cənubundakı Quandun əyalətində 19 avtomobilin toqquşması nəticəsində zəncirvari qəza baş verib.
Çində 19 avtomobil toqquşdu - 6 ölü

Bakı. Trend:

Çinin cənubundakı Quandun əyalətində 19 avtomobilin toqquşması nəticəsində zəncirvari qəza baş verib. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 6 nəfər həlak olub, 15 nəfər xəsarət alıb.

Qəzadan sonra bir neçə maşın yanmağa başlayıb. Hadisə ilə əlaqədar bölgəyə çoxlu sayda xilasedici cəlb edilib.

Qəzanın baş vermə səbəbləri barədə məlumat verilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti