Bakı. Trend:
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putin ilə Reykyavikdə görüş keçirmək niyyətindədir.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə "Sunday Times" qəzetində yazılıb.
Məlumata görə, görüş yaxın həftələrdə Reykyavikdə keçiriləcək. Bu D.Trampın ilk xarici səfəri olacaq.