...

İspaniya sahillərində 5 miqrantın cəsədi tapılıb

Dünya xəbərləri Materials 15 Yanvar 2017 16:34 (UTC +04:00)
İspaniyanın cənub səhillərində 5 miqrantın cəsədi tapılıb
İspaniya sahillərində 5 miqrantın cəsədi tapılıb

Bakı. Trend:

İspaniyanın cənub səhillərində 5 miqrantın cəsədi tapılıb.

Trend-in "Reuters"ə istinadən verdiyi məlumata görə, cəsədlər Tarifa şəhərinin yaxınlığında suda və sahildə tapılıb.

Miqrantların ölümünün səbəbi məlum deyil.

"Əgər biz sağ qalan tapmasaq, nə baş verdiyini bilmiyəcəyik", - polis nümayəndəsi deyib.

Qeyd edək ki, bu ay Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) bildirib ki, 2016-cı ildə 5 mindən çox miqrant Avropaya düşmək üçün Aralıq Dənizini keçməyə cəhd edərkən suda batıb ölüb, 363 min nəfər isə Avropaya keçə bilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti