...

Türkiyə aviaşirkəti: Ekipaj üzvlərinin taleyini öyrənməyə çalışırıq

Dünya xəbərləri Materials 16 Yanvar 2017 10:32 (UTC +04:00)
Qəzanın baş vermə səbəbləri hələ məlum deyil.
Türkiyə aviaşirkəti: Ekipaj üzvlərinin taleyini öyrənməyə çalışırıq

Bakı. Trend:

Bu gün səhər saatlarında Bişkek yaxınlığında qəzaya uğramış "Boeing 747-400" yük təyyarəsinin məxsus olduğu Türkiyənin "АСТ" aviaşirkətindən bildiriblər ki, qəzanın baş vermə səbəbləri hələ məlum deyil. Trend RİA Novosti-yə istinadən məlumat verir ki, bu barədə aviaşirkətin mətbuat xidmətindən məlumat veriblər.

Mətbuat xidmətindən bildiriblər: "Təəssüflə bildiririk ki, Honkonqdan Bişkekə uçan yük təyyarəmiz naməlum səbəblərdən qəzaya uğrayıb. Qəzanın səbəbləri araşdırılır, hazırda ekipaj üzvlərinin taleyini öyrənməyə çalışırıq".

Bişkekdə Türkiyə şirkətinin yük təyyarəsi qəzaya uğrayıb - 37 ölü (YENİLƏNİB-5) (FOTO/VİDEO)

Bişkekdə Türkiyə şirkətinin yük təyyarəsi qəzaya uğrayıb - 37 ölü (YENİLƏNİB-5) (FOTO/VİDEO)

Qeyd edək ki, bu gün səhər saatlarında Türkiyə şirkətinə məxsus "Boeing 747-400" yük təyyarəsi Bişkek yaxınlığında qəzaya uğrayıb.

Təyyarənin yaşayış qəsəbəsi üzərində qəzaya uğraması nəticəsində ekipaj üzvləri və qəsəbə sakinləri də daxil omaqla 37 nəfərin həlak olduğu bildirilir.

Xəbər lenti

Xəbər lenti