...

Baş Prokurorluq cinayət işi açdı - "Boeing"in qəzaya uğraması ilə bağlı

Dünya xəbərləri Materials 16 Yanvar 2017 10:20 (UTC +04:00)
Qırğızıstan Baş Prokurorluğu Bişkek yaxınlığında "Manas" beynəlxalq hava limanında Türkiyəyə məxsus "Boeing 747-400" yük təyyarısinin qəzaya uğraması və insan tələfatı ilə bağlı cinayət işi açıb.
Baş Prokurorluq cinayət işi açdı - "Boeing"in qəzaya uğraması ilə bağlı

Bakı. Trend:

Qırğızıstan Baş Prokurorluğu Bişkek yaxınlığında "Manas" beynəlxalq hava limanında Türkiyəyə məxsus "Boeing 747-400" yük təyyarəsinin qəzaya uğraması və insan tələfatı ilə bağlı cinayət işi açıb.

Trend bu barədə RİA Novosti-yə istinadən məlumat verir.

Qeyd edək ki, bu gün səhər saatlarında Türkiyə şirkətinə məxsus "Boeing 747-400" yük təyyarəsi Bişkek yaxınlığında yaşayış məntəqəsi üzərində qəzaya uğrayıb.

Təyyarənin yaşayış qəsəbəsi üzərində qəzaya uğraması nəticəsində ekipaj üzvləri və qəsəbə sakinləri də daxil omaqla 37 nəfərin həlak olduğu bildirilir.

Xəbər lenti

Xəbər lenti