Bakı. Trend:
Qırğızıstan prezidenti Almazbek Atambayev yanvarın 17-i təyyarə qəzasında həlak olanların xatirəsinə matəm günü elan edib.
Bu barədə Trend RİA Novostiyə istinadən məlumat verir.
Bundan başqa, Bişkek şəhər meriyası qəza nəticəsində evini itirən sakinlər üçün yardım qəbulu məntəqələri açıb.
Qeyd edək ki, bu gün səhər saatlarında Türkiyənin "MyCARGO Airlines" şirkətinə məxsus "Boeing 747-400" yük təyyarəsi Bişkek yaxınlığında qəzaya uğrayıb.
Təyyarənin yaşayış qəsəbəsi üzərində qəzaya uğraması nəticəsində ekipaj üzvləri və qəsəbə sakinləri də daxil omaqla 37 nəfərin həlak olduğu bildirilir.