...

Türkiyə Qırğızıstana komissiya göndərəcək - Aviaqəzanın araşdırılması üçün

Dünya xəbərləri Materials 16 Yanvar 2017 13:30 (UTC +04:00)
Türkiyə yük təyyarəsinin qəzaya uğramasının səbəblərinin araşdırılması üçün Bişkekə iki ekspertdən ibarət komissiya göndərəcək.
Türkiyə Qırğızıstana komissiya göndərəcək - Aviaqəzanın araşdırılması üçün

Bakı. Orxan Quluzadə - Trend:

Türkiyənin Nəqliyyat, Gəmiçilik və Kommunikasya Nazirliyi Qırğızıstanda “Boeing 747-400” yük təyyarəsinin qəzaya uğramasının səbəblərinin araşdırılması üçün Bişkekə iki ekspertdən ibarət komissiya göndərəcək.

Trend bu barədə adiçəkilən nazirliyin saytına istinadən məlumat verir.

Məlumatda həmçinin qeyd olunur ki, Türkiyənin nəqliyyat, gəmiçilik və kommunikasya naziri Əhməd Arslan qırğızıstanlı həmkarına başsağlığı verib və Ankaranın bu məsələnin araşdırılmasında yardıma hazır olduğunu bildirib.

Qeyd edək ki, bu gün səhər saatlarında Türkiyənin "MyCARGO Airlines" şirkətinə məxsus "Boeing 747-400" yük təyyarəsi Bişkek yaxınlığında qəzaya uğrayıb.

Türkiyəyə məxsus təyyarənin həlak olmuş ekipaj üzvlərinin FOTOLARI

Türkiyəyə məxsus təyyarənin həlak olmuş ekipaj üzvlərinin FOTOLARI

Təyyarənin yaşayış qəsəbəsi üzərində qəzaya uğraması nəticəsində ekipaj üzvləri və qəsəbə sakinləri də daxil omaqla 37 nəfərin həlak olduğu bildirilir.

Xəbər lenti

Xəbər lenti