...

Bişkekdə qəzaya uğrayan təyyarənin “qara qutu”su aşkar edilib

Dünya xəbərləri Materials 16 Yanvar 2017 14:26 (UTC +04:00)
Qırğızıstanda Bişkekin “Manas” hava limanı yaxınlığında qəzaya uğramış Türkiyəyə məxsus “Boeing 747-400” təyyarəsinin “qara qutu”su aşkar edilib.
Bişkekdə qəzaya uğrayan təyyarənin “qara qutu”su aşkar edilib

Bakı. Trend:

Qırğızıstanda Bişkekin “Manas” hava limanı yaxınlığında qəzaya uğramış Türkiyəyə məxsus “Boeing 747-400” təyyarəsinin “qara qutu”su aşkar edilib.

Bu barədə Trend RİA Novosti-yə istinadən məlumat verir. Məlumata görə, hadisə yerində aşkar olunmuş "qara qutu" qəzanı araşdıran xüsusi hökumət komissiyasına təhvil veriləcək.

Qeyd edək ki, qəzanın səbəblərinin araşdırılması üçün Bişkekə Dövlətlərarası Aviasiya Komitəsinin ekspertləri gələcəklər.

Qeyd edək ki, bu gün səhər saatlarında Türkiyənin "MyCARGO Airlines" şirkətinə məxsus "Boeing 747-400" yük təyyarəsi Bişkek yaxınlığında qəzaya uğrayıb.

Boeing-in qəzaya uğradığı qəsəbə sakinləri: Elə bildik zəlzələ baş verir

Boeing-in qəzaya uğradığı qəsəbə sakinləri: Elə bildik zəlzələ baş verir

Təyyarənin yaşayış qəsəbəsi üzərində qəzaya uğraması nəticəsində ekipaj üzvləri və qəsəbə sakinləri də daxil omaqla 37 nəfərin həlak olduğu bildirilir.

Xəbər lenti

Xəbər lenti