...

Qırğızıstandakı təyyarə qəzası ilə bağlı iddia: Pilotun səhvindən olub

Dünya xəbərləri Materials 16 Yanvar 2017 18:07 (UTC +04:00)
İlkin ehtimala əsasən, Bişkek yaxınlığında təyyarə qəzası pilotun səhvindən baş verib.
Qırğızıstandakı təyyarə qəzası ilə bağlı iddia: Pilotun səhvindən olub

Bakı. Trend:

İlkin ehtimala əsasən, Bişkek yaxınlığında təyyarə qəzası pilotun səhvindən baş verib.

Trend-in AFP agentliyinə istinadən verdiyi məlumata görə, bunu Qırğızıstan Baş nazirinin müavini Məhəmmədkali Abulqaziyev deyib.

Digər qırğız rəsmilər "Reuters"ə açıqlamalarında qəza zamanı ərazidə qatı duman olduğunu bildiriblər.

Təyyarənin məxsus olduğu aviaşirkətin açıqlamasında isə qəzaya səbəb kimi texniki problemlər göstərilir.

Bişkekdə Türkiyə şirkətinin yük təyyarəsi qəzaya uğrayıb - 37 ölü (YENİLƏNİB-5) (FOTO/VİDEO)

Bişkekdə Türkiyə şirkətinin yük təyyarəsi qəzaya uğrayıb - 37 ölü (YENİLƏNİB-5) (FOTO/VİDEO)

Qeyd edək ki, Qırğızıstan Prezidenti Almazbek Atambayevin Çinə səfərini təxirə saldığı bildirilir.

Xatırladaq ki, bu gün səhər saatlarında Türkiyənin "MyCARGO Airlines" şirkətinə məxsus "Boeing 747-400" yük təyyarəsi Bişkek yaxınlığında qəzaya uğrayıb.

Təyyarənin yaşayış qəsəbəsi üzərində qəzaya uğraması nəticəsində ekipaj üzvləri və qəsəbə sakinləri də daxil omaqla 37 nəfər həlak olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti