...

Türkiyədə partlayışda ölən polislərin sayı artıb (YENİLƏNİB 3) (VİDEO)

Dünya xəbərləri Materials 16 Yanvar 2017 20:55 (UTC +04:00)
Diyarbəkir şəhərində partlayış baş verib.
Türkiyədə partlayışda ölən polislərin sayı artıb (YENİLƏNİB 3) (VİDEO)

İlk xəbər saat 18:17-də yayımlanıb

Bakı. Trend:

Türkiyənin Diyarbəkir şəhərində partlayış nəticəsində həlak olan polislərin sayı 4-ə çatıb, daha iki polis əməkdaşı yaralıdır.

Trend "Milliyet" qəzetinə istinadən məlumat verir ki, yaralıların vəziyyəti ağırdır.

X X X

Türkiyənin cənub-şərqində yerləşən Diyarbəkir şəhərində baş verən partlayış nəticəsində həlak olan polislərin sayı 3-ə çatıb. Trend bu barədə RİA Novosti-yə istinadən məlumat verir.

X X X

Türkiyənin cənub-şərqində yerləşən Diyarbəkir şəhərində partlayış baş verib.

Trend-in NTV telekanalına istinadən verdiyi məlumata görə, 1 polis əməkdaşı həlak olub, 7 nəfər yaralanıb.

Partlayış Dəclə Universitetinin binasının yerləşdiyi rayonda baş verib.

Terrok aktı olduğu bildirilən partlayışın səbəbləri hələlik məlum deyil.

Hadisə yerinə təcili tibbi yardım maşınları və xilasedicilər cəlb edilib.

Bundan başqa, PKK terror təşkiları tərəfindən Şırnak şəhərinin Dəclə məhəlləsində kanalizasiya xəttindən yerləşdirilən əldəqayırma partlayıcı qurğu işə düşüb.

Trend-in "Haber 7" qəzetinə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 5 nəfər xəsarət alıb.

Xəbər lenti

Xəbər lenti