...

Meksikada gecə klubunda atışma - 5 ölü

Dünya xəbərləri Materials 16 Yanvar 2017 19:38 (UTC +04:00)
Meksikanın cənub-şərqində gecə klublarından birində baş vermiş atışma nəticəsində azı 5 nəfər ölüb.
Meksikada gecə klubunda atışma - 5 ölü

Bakı. Trend:

Meksikanın cənub-şərqində gecə klublarından birində baş vermiş atışma nəticəsində azı 5 nəfər ölüb.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, atışma nəticəsində yaralananların sayı azı 9 nəfər göstərilir.

Atışma zamanı gecə klububda "Blue Parrot" elektron musiqi festivalı keçirilirmiş.

Məlumata görə, naməlum şəxs kluba daxil olaraq atəş açıb. Ölənlər arasında 3 nəfər klubun mühafizəçisinin olduğu bildirilir.

Cinayətin motivləri hələ məlum deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti