...

Sergey Lavrov və Məhəmməd Cavad Zərif arasında telefon danışığı olub

Dünya xəbərləri Materials 16 Yanvar 2017 22:03 (UTC +04:00)
Rusiya xarici işlər naziri Sergey Lavrov və İran xarici işlər naziri Məhəmməd Cavad Zərif arasında telefon danışığı olub.
Sergey Lavrov və Məhəmməd Cavad Zərif arasında telefon danışığı olub

Bakı. Trend:

Rusiya xarici işlər naziri Sergey Lavrov və İran xarici işlər naziri Məhəmməd Cavad Zərif arasında telefon danışığı olub.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya XİN-in yaydığı məlumatda bildirilir.

Danışıq Rusiya tərəfinin təşəbbüsü ilə baş tutub.

Məlumata görə, söhbət zamanı Suriyada və onun ətrafında vəziyyətin müzakirəsi davam etdirilib. Nazirlər Astanada keçiriləcək görüş ərəfəsində koordinasiya məsələlərinin zərurətini vurğulayıblar. Lavrov və Zərif həmçinin Rusiya-İran ikitərəfli əməkdaşlıq məsələlərinə toxunublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti