...

Buenos-Ayres hava limanda yanğın olub, sərnişinlər və personal təxliyyə edilib

Dünya xəbərləri Materials 17 Yanvar 2017 05:36 (UTC +04:00)
Argentinanın paytaxtında yerləşən "Xorxe Nyuberi" hava limanında yanğın baş verib.
Buenos-Ayres hava limanda yanğın olub, sərnişinlər və personal təxliyyə edilib

Bakı. Trend:

Argentinanın paytaxtında yerləşən "Xorxe Nyuberi" hava limanında yanğın baş verib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, hadisə nəticəsində sərnişinlər və personal təxliyyə edilib.

Hava limanının işi müvəqqəti dayandırılıb.

"Xorxe Nyuberi"yə enməli olan təyyarələr Buenos-Ayresin ətrafında yerləşən "Eseysa" hava limanına yönəldilir.

Yanğın nəticəsində xəsarət alanlar barədə məlumat daxil olmayib. Hazırda səbəblər araşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti