...

Mosulda partlayışlar: 15 ölü

Dünya xəbərləri Materials 17 Yanvar 2017 11:02 (UTC +04:00)
İraqın Mosul şəhərində iki partlayış baş verib.
Mosulda partlayışlar: 15 ölü

Bakı. Trend:

İraqın Mosul şəhərində iki partlayış baş verib.

Trend-in Press TV-yə istinadən verdiyi məlumata görə, ən azı 15 nəfər - 14 dinc sakin və 1 iraqlı hərbi qulluqçu həlak olub.

Partlayış şəhərin şərqindəki Təl-Yabəs rayonunda qeydə alınıb.

Hadisənin təfərrüatları barədə məlumat verilimir.

Qeyd edək ki, Mosulun İŞİD terror qruplaşmasından azad olunması üzrə əməliyyat ötən ilin oktyabrından başlayıb. Hazırda şəhərin şərqinin 90 faizi İraq hərbçilərinin, qərb hissəsi isə terrorçuların nəzarətindədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti