Bakı. Trend:
ABŞ prezidenti Barak Obama yanvarın 18-də prezident qismində son mətbuat konfransını keçirəcək.
Trend-in "İnterfax"a istinadən verdiyi məlumata görə, bunu Ağ Evin mətbuat katibi Coş Ernest jurnalistlərə bildirib.
"Çərşənbə günü burada, brifinq zalında Barak Obama prezident qismində son mətbuat konfransını keçirəcək", - Ernest deyib.