...

Petnaqon 10 Quantanamo məhbusunun Omana köçürüldüyünü təsdiq etdi

Dünya xəbərləri Materials 18 Yanvar 2017 04:43 (UTC +04:00)
ABŞ Müdafiə Nazirliyi 10 Quantanamo məhbusunun Omana köçürülməsini təsdiq edib
Petnaqon 10 Quantanamo məhbusunun Omana köçürüldüyünü təsdiq etdi

Bakı. Trend:

ABŞ Müdafiə Nazirliyi 10 Quantanamo məhbusunun Omana köçürülməsini təsdiq edib.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, xüsusi idarələrarası komissiya qərara gəlib ki, bu məhbuslar ABŞ üçün təhlükə təqdim etmirlər.

"Bu günə Quantanamo həbsxanasında 45 məhbus qalıb", - məlumatda deyilir.

Qeyd edək ki, ABŞ-ın Kubadakı hərbi bazasında 2002-ci ildə beynəlxalq terrorçular üçün tikilən həbsxananın bağlanılması 2008-ci ildə Barak Obamanın seçkiqabağı kampaniyasında verdiyi əsas vədlərdən biri idi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti