...

Tehranda Türkiyə, Almaniya və Britaniya səfirliklərinin əməkdaşları təxliyə edilib - Yanğına görə (FOTO/VİDEO) (YENİLƏNİB)

Dünya xəbərləri Materials 19 Yanvar 2017 14:44 (UTC +04:00)
Tehranda 17 mərtəbəli ticarət mərkəzində yanğın baş verib.
Tehranda Türkiyə, Almaniya və Britaniya səfirliklərinin əməkdaşları təxliyə edilib - Yanğına görə (FOTO/VİDEO) (YENİLƏNİB)

İlkin məlumat saat 12:45-də yayımlanıb

Bakı. Trend:

Tehranda 17 mərtəbəli "Plasko" ticarət mərkəzində yanğının 9-cu mərtəbədə baş verməsi bildirilir. Trend-in "Təsnim" agentliyinə istinadən verdiyi məlumata görə, bina 50 il öncə tikilib.

Hazırda binanın yerləşdiyi ərazidə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb, xilasedicilər xilasetmə işləri aparırlar. Belə ki, son məlumatlara görə, uçmuş binanın altında 30-a yaxın adamın olduğu bildirilir. Binanın dağıntıları altında qalan şəxslərin hamısının yanğınsöndürənlər olduğu barədə məlumat verilib.

Tehranın baş qubernatorunun müavini Mosin Hamedaninin sözlərinə görə, yaxınlıqda yeləşən Türkiyə, Almaniya və Böyük Britaniyanın səfirliklərində əməkdaşların təxliyəsi yanğın baş verən zaman, bina çökməmiş dərhal həyata keçirilib.

X X X

Tehranda 17 mərtəbəli ticarət mərkəzində yanğın baş verib.

Trend-in məlumatına görə, yanğının söndürülməsi üçün cəlb olunmuş yanğınsöndürənlər hadisə yerində olarkən bina çöküb.

İlkin məlumata əsasən, həmin an binada 30-a yaxın adam olub.

Ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar dərhal təxliyə işlərinin aparılmasına baxmayaraq, 200-ə yaxın adamın xəsarət aldığı bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti