...

Qar uçqunundan qurtulmuş şəxs: Ailəm hoteldə qaldı

Dünya xəbərləri Materials 19 Yanvar 2017 14:28 (UTC +04:00)
İtaliyanın Abrutso vilayətində baş vermiş qar uçqunu barədə ilk xəbər verən şəxs möcüzə nəticəsində sağ qalıb.
Qar uçqunundan qurtulmuş şəxs: Ailəm hoteldə qaldı

Bakı. Trend:

İtaliyanın Abrutso vilayətində baş vermiş qar uçqunu barədə ilk xəbər verən şəxs möcüzə nəticəsində sağ qalıb.

Trend-in məlumatına görə, qar altında qalan "Riqapiano" hotelinə müsafir olaraq gələn 38 yaşlı Campaolo Parete hadisədən bir az əvvəl avtomobildən əşyaları götürmək üçün gedib. Elə həmin an güclü qar uçqunun hoteli örtdüyünü görüb. Həmin şəxs dərhal uçqun barədə xilasedicilərə xəbər verib.

O, verdiyi açıqlamada hoteldə qalan yoldaşı uşaqları barədə məlumatı olmadığını deyib.

Qeyd edək ki, bu gün İtaliyanın Abrutso vilayətində qar uçqunu baş verib. Alp dağları ərazsində yerləşən "Riqapiano" hoteli qar üçqunu altında qalıb.

İtaliyada hotel qar uçqunu altında qaldı - 30 ölü (FOTO)

İtaliyada hotel qar uçqunu altında qaldı - 30 ölü (FOTO)

İlkin məlumata görə, uçqunun baş verməsinə yeraltı təkanlar səbəb olub.

Son məlumatlara görə, uçqun altından 30 nəfərin meyiti aşkar olunub, xilasedicilər 2 nəfəri xilas edə biliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti