...

Bu ölkədə də marixuananın istifadəsinə icazə verildi

Dünya xəbərləri Materials 19 Yanvar 2017 17:03 (UTC +04:00)
Narkotik vasitənin leqal satışının təmin olunması üçün nəzarət agentliyi yaradılacaq.
Bu ölkədə də marixuananın istifadəsinə icazə verildi

Bakı. Trend:

Almaniya parlamenti marixuananın tibbi istifadəsinə icazə verən qanun layihəsini qəbul edib.

Trend-in məlumatına görə, qanun layihəsində qeyd olunur ki, bu vasitəni onkoloji və nevroloji xəstəliklərdən əziyyət çəkən insanlar ağrıların azaldılması məqsədilə reseptlə əldə edə bilər.

Həkimlər digər dərman vasitələrinin xəstələrə yardım etmədiyi təqdirdə “tibbi” marixuananı məsləhət görə bilər.

Narkotik vasitənin leqal satışının təmin olunması üçün Almaniyada tibbi marixuananın yayılmasına nəzarət agentliyi yaradılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti