Bakı. Trend:
Türkiyə Ordusunun Suriyanın şimalında İŞİD-ə qarşı keçirdiyi "Fərat Qalxanı" əməliyyatı çərçivəsində 5 türk əsgəri şəhid olub, 9-u isə yaralanıb.
Trend-in "Milliyet" qəzetinə istinadən verdiyi məlumata görə, İŞİD terror qruplaşmasının üzvləri Türk əsgərlərinin olduğu ərazidə partlayıcı maddə ilə doldurulmuş maşını partladıblar.
Qeyd edək ki, “Fərat qalxanı” əməliyyatı ötən ilin avqust ayından aparılır.